https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Azad Rəhimov II Avropa Oyunlarının müzakirəsində

Azad Rəhimov  II Avropa Oyunlarının müzakirəsində

2019-cu ildə Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyindən 525.az-a verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.


Komissiyanın iclasında II Avropa Oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.