525.az 90-cı illərdə çəkilmiş ən yaxşı qorxu və mistika filmlərini təqdim edir:
(Əvvəli burada)
"Jacobs Ladder" - 1990
Vyetnam müharibəsinə qoşulan gənc və müharibənin onun üzərində buraxdığı təsir. İndiyə qədər çəkilmiş ən gözəl psixoloji filmlərdən biri. Həyat ilə ölüm arasında gedən zehin savaşı. Qaranlıq şüuraltına səfər
"Basic İnstinct" ("Əsas instinkt") - 1992
Gərginlik, misteriya və detektiv. Qorxu ünsüründən bir az ayrılıb gərginlik və misteriyaya doğru yola çıxaq. Əhatəli ssenari, maraqlı qurğu, sona qədər gərginliyin maksimumda qalması...
"Never talk to strangers" ("Əsla yadlarla danışma")
Antonio Banderas ilə psixoloji macəra. Sirrini sona qədər saxlayır. Sara Teylor iki şəxsiyyətli məhkumlarla maraqlanan psixiatrdır. Bir gün marketdə bir nəfərlə tanış olur. Tanımadığı bu adamı bir müddət rədd edən Sara marağına qarşı gələ bilmir...
"Urban legends" ("Şəhər əfsanələri") - 1998
Qorxuya qayıdaq. Pendleton kollecində cinayətlər işlənməkdədir. Kampusdakı tələbələr öldürülməkdə, qatil tapılmamaqdadır. Ceyrd Leto və Coşua Cekson ilə gərgin və sirr dolu hekayə. Qaçırmamalı olduğunuz film...
"House on Haunted Hill" - ("Lənətli təpə") - 1999
Beş nəfər bir dəvət alır. Bir evdə toplanacaq, gecəni həmin evdə keçirəcəklər. Mükafat 1 milyon dollardır.
"Stir of echoes" ("Dəhşətin səsi") - 1999
Ölü qadının ruhu 3 nəfərlik ailənin evində dolaşır və hər hansı biri ilə təmas qurmağı gözləyir. Gözləntisi boşa çıxmayacaq.
"I Know What You Did Last Summer" ("Keçən yay nə etdiyini bilirəm") - 1997
Yaz gecəsi... Qəza nəticəsində öldürdükləri adam. Pis yaz xatirəsi olaraq qalır və unudulur. Amma bu hadisəni təkcə onlar bilmirlər? Qatil mövzulu əla misteriya/gərginlik filmi.
"The ninth gate" ("Doqquzuncu qapı") - 1999
Bəlkə də siyahıdakı ən mistik filmdir. Conni Depp ilə uzun və yavaş templi macəra. Rejissor Roman Polanski. Film içində çox fərqli fikirlər daşıyır, qəribə mesajlar verir. Qaçırmayın...
"The bone collector" ("Sümük kolleksiyaçısı") - 1999
Menhetten küçələrində gəzən qatilin hekayəsi. Bir an belə olsa sizi stulunuzdan ayırmayacaq sirr və gərginlik dolu silsilə qatil filmi. Aktyor heyəti göz qamaşdırır...
"Misery" ("Ölüm kitabı") - 1990
Sadəcə gərginlik... Qorxu və misteriyadan uzaqlaşıb sadəcə sırf gərginliklə yola davam edək. Keti Beytesə Oskar gətirən möhtşəm film. Filmi qəhvə və şokoladınızı götürüb soyuq qış günündə izləyin.
"Malice" - 1993
Aktyorlar: Bill Palmen, Alis Boldvin, Nikol Kidman
Detektiv, cinayət, gərginlik, qətl və surpriz sonluq. 90-cı illərin ən gözəl misteriya filmi. Açılmayan cinayətlər və yeni qonşuları ilə həyatları alt-üst olan cütlüyün hekayəsi.
"Cube" ("Kub") - 1997
6 nəfər yuxudan oyananda özlərini qəribə yerdə görürlər. Kub şəklində qapalı yerdədirlər. Çıxmaq üçün böyük səy sərf etməli, ölümcül tələləri keçməlidirlər. Biri misteriya dedi?
"I Still Know What You Did Last Summer" ("Keçən yay nə etdiyini hələ də bilirəm")
"Keçən yay nə etdiyini bilirəm" (1997) filminin davamıdır. Kabus dolu o gecənin əks-sədası davam edir.
"The Blair Witch Project" ("BBleyr ifritəsi") - 1999
Kino tarixinin qabaqcıl filmlərindəndir. Siyahımızda olmağa sonuna qədər layiqdir. "Paranormal Activity" və "Karantin" kimi filmlərə öncülük edən əl kamerası ilə çəkilmiş, sirr və qorxu dolu, gərginliyi daim yüksək tutan film...