Tanınmış şair Vaqif Bayatlı Odərin yeni “Bəy atlı şeirlər” kitabı təqdim ediləcək.
"525-ci qəzet"in budəfəki şənbə sayında kitabdakı şeirlərdən bir neçəsi, o cümlədən, Vaqif Bayatlının yazıçı-publisist Aqil Abbasa ithaf etdiyi şeiri dərc olunub:
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən sonra
Şuşanı qorumağa qalxan onlarla tar
hamısı orada döyüşüb həlak olublar,
düşmən hələ də qorxuyla yollara baxır,
həm də onlar bizim qayıtmağımızdan çox,
Tarın qayıtmağından qorxur
DƏRC EDİLƏN ŞEİRLƏRİ BAZAR AXŞAMI SAYTIMIZDAN OXUYUN.