../img/pics/medium/173648_6368897iul.jpeg Cəbrayıl və Zəngilanın işğaldan azad olunan kəndləri - Video
../img/pics/medium/173632_jv6jb7uc26.jpeg Ermənistan Goranboyun Meşəli kəndini hədəfə alıb
../img/pics/medium/173629_u8u2zwigoo.jpg Leytenant: "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir" - Video
../img/pics/medium/173628_qibt18m6lw.jpeg Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - Video
SON XƏBƏRLƏR
25 Oktyabr 2020
24 Oktyabr 2020

“Qalatasaray” “Neftçi”ni avrokuboklardan kənarlaşdırdı

“Qalatasaray” “Neftçi”ni avrokuboklardan kənarlaşdırdı<b style="color:red"></b>

Azərbaycanın daha bir klubu avrokuboklarda mübarizəni dayandırıb.

Apasport.az saytının məlumatına görə, “Sumqayıt” və “Keşlə”nin ardınca “Neftçi”nin də qitə səhnəsində çıxışı başa çatıb.

Azərbaycanın ən titullu klubu Avropa Liqasının II təsnifat mərhələsində dayanıb. Öncəki raundda Şimali Makedoniyanın “Şkupi” klubunu 2:1 hesabı ilə məğlub edən Füzuli Məmmədovun baş məşqçisi olduğu komanda bu gün Türkiyə təmsilçisi “Qalatasaray”la üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşma qonaqların üstünlüyü ilə keçib. Bu üstünlük hesabda da öz əksini tapıb. Düzdür, ilk yarıda qol buraxan “ağ-qaralar” fasilədən sonra hesabda tarazlıq yaradıb. Amma türkiyəlilər bərabərliyin uzun sürməsinə imkan verməyərək qarşılaşmanı öz xeyrinə başa vurub – 3:1.

Beləliklə, “Neftçi” ilə keçirdiyi yoxlama oyunlarında qələbə qazana bilməyən İstanbul nəhəngi sindromu avrokubok matçında qırıb. Növbəti mərhələyə yüksələn Fatih Terimin yetirmələri sentyabrın 24-də baş tutacaq görüşdə Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq.

Avropa Liqası
II təsnifat mərhələsi
17 sentyabr
20:00. “Neftçi” – “Qalatasaray” (Türkiyə) - 1:3
Qollar: Mamadu Mbodj, 46 - Mbaye Dian, 19, 63, Kristian Luyindama, 48
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu

"Neftçi": 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Vojislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 26. Ömər Buludov, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 4. Renan Alves de Souza, 22. Mirabdulla Abbasov, 27. Fərid Yusifli, 29. Sabir Buqrin, 91. Tavares Dias.
Baş məşqçi: Füzuli Məmmədov.
"Qalatasaray": 99. Fatih Öztürk, 4. Taylan Antalyalı, 8. Rayan Babel, 10. Yunes Belhanda, 14. Martin Linnes (k), 19. Ömər Bayram, 27. Kristian Luyindama, 36. Marselo Sarraçi, 45. Markao Teyşeyra, 54. Emre Kılınç, 90. Mbaye Dian.
Ehtiyat oyunçular: 34. Okan Koçuk, 3. Ömər Elabdellaui, 9. Radamel Falkao, 15. Ryan Donk, 21. Cimmi Durmaz, 66. Arda Turan, 89. Sofian Fequli.
Baş məşqçi: Fatih Terim.


 
Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.