Ana doğma övladını öldürüb, meyidini yandırdı.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərədə yaşayan 32 yaşlı Sara Ege adlı qadın 7 yaşlı övladını müqəddəs kitabı əzbərləmədiyi üçün döyərək öldürüb. Daha sonra törətdiyi əməli ört-basdır etmək üçün övladının cəsədini yandırıb.
Aparılan istintaq işlərinin ilkin nəticələrinə görə, Yasin adlı 7 yaşlı uşaq yanarkən həyatını itirib. Ana verdiyi açıqlamada əsəbi olduğu üçün övladını öldürdüyünü təsdiqləyib.
Nigar Məhərrəm