Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazax rayonu, 2-ci Şıxlı kəndində (rayon mərkəzindən 39 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə və 3 otağın, aynabəndin ev əşyaları qismən yanıb.