https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
search
26 Aprel 2024

Filip Kirkorovu Bakıya gətirən kimdir?

Filip Kirkorovu Bakıya gətirən kimdir?

Erməni əsilli müğənni, Rusiyanın xalq artisti Filip Kirkorov Bakıda konsert verəcək.

Dəfələrlə Azərbaycana gəlməyə çalışan və səfəri etirazla qarşılanan Kirkorov nəhayət 9 noyabr 2012-ci il tarixində Heydər Əliyev adına Sarayda bakılı tamaşaçıların qarşısına çıxacaq. Erməni əsilli müğənninin Azərbaycanın Dövlət Bayraq günündə Bakıda konsert verməsi təəssüf doğurur. Bəs onu Azərbaycana kim və necə gətirir, belə bir əlamətdar gündə niyə konsertini təşkil edirlər?

Bundan öncə də Kirkorovun Bakıda konsert verəcəyi xəbəri yayılıb və hər dəfə də ictimaiyyət buna qəti şəkildə etiraz edib. Yada salaq ki, müğənninin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfəri və onun ermənilərin separatçı rejiminin qondarma “müstəqillik” günündə konsert verməsi rəsmi Bakı tərəfindən etirazla qarşılanmışdı.

Filip Kirkorovun Bakıda planlaşdırılan konsertinin biletləri artıq satışa çıxarılıb. Belə görünür ki, Bakıda ona sevgi göstərənlər az deyil.
Qeyd edək ki, qanunvericiliyin tələbinə müvafiq olaraq Azərbaycanın işğal altında olan ərazilərinə rəsmi Bakıdan icazəsiz səfər edən istənilən xarici ölkə vətəndaşının respublikamıza buraxılması yolverilməzdir. Həmin şəxs minimum 5 il müddətinə Azərbaycan ərazisinə buraxılmamalı, onun adı Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınmaldır.
Belə məqamda erməni əsilli müğənninin Bakı konsertinin gizli məqamları ortaya çıxır.

Modern.az Filip Kirkorovun Bakı səfərinin pərdəarxasını araşdırmağa çalışıb.

Məsələyə öncə Xarici İşlər Nazirliyindən münasibət öyrənib. Nazirliyin mətbuat xidmətinin rəbhəri Elman Abdullayev Modern.az-a açıqlamasında bildirdi ki, Filip Kirkorovun adı heç vaxt Azərbaycanda “qara siyahı”ya salınmayıb.

“Filip Kirkorovun Bakıya gəlməsinə rəsmi şəkildə heç bir qadağa qoyulmayıb. Onun adı “qara siyahı”ya da salınmayıb. Bu baxımdan müğənninin Bakıda konsert verməsi mümkündür. Hər hansı problem yoxdur”, - deyə E.Abdullayev bildirib.

Mədəniyyət və Turizm Nazirliyi isə Kirkorovun konsertindən xəbərsiz olduğunu bildirib. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov sözügedən konsert proqramının rəsmi şəkildə təşkil olunmadığını bildirib.
“Filip Kirkorovun Bakıdakı konserti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmadığı üçün onun Azərbaycana necə gələcəyini deyə bilmərik. Hər halda, Kirkorov Bakıya gələcəksə, deməli ona icazə verilir. Yəqin ki, müğənninin Azərbaycana gəlməsinə qadağa qoyulsaydı, konsertinə də icazə verilməzdi”.

Araşdırmamız zamanı məlum oldu ki, erməni əsilli müğənninin konsertinin təşkilatçısı “İtaldizayn Group” şirkətidir. Sözügedən şirkətin isə rəsmi şəxslərə yaxın olduğu bildirilir. Erməni kökənli müğənninin Bakı səfəri ölkə miqyasında böyük təpkiylə qarşılansa da, görünür onun bu dəfəki konserti baş tutacaq.

Heydər Əliyev adına Saraydan əməkdaşımıza bildirilib ki, 9 noyabr konsertinin biletləri artıq satılıb qurtarmaq üzrədir.

Qeyd edək ki, Rusiyanın məşhur müğənniləri Katya Lel, Soso Pavliaşvili, Nadejda Babkina, Aleksandr Peskov, Valentina Leqkostupova, Stas Kostyuşkin, Denis Kiyaver, İrina Otievanın Azərbaycana gəlməsi qadağan olunub. Onlar Azərbaycanın “qara siyahı”sında olan tanınmışlardır. "Çay vdvoyom" qrupunun isə 2003-cü ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradılmasının 13 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etdiyinə görə Azərbaycanda konsert verməsinə dövlət səviyyəsində qadağa qoyulub. Bunlardan yalnız Katya Lel sonradan peşiman olduğunu bildirdi, üzr istədi və bəraət aldı.

Filip Kirkorov da bu qəbildən olan müğənnidir, Dağlıq Qarabağa səfər edib, amma onu Bakıda niyə “qara siyahı”ya salmayıblar, bax bu çox təəccüblüdür..

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.