https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
search
26 Aprel 2024

Natavan gəlinliyini tənqid edənlərin cavabını verdi

Natavan gəlinliyini tənqid edənlərin cavabını verdi

Reper Səid (Dado) Əliyevlə yenicə ailə quran müğənni Natavan Həbibi gəlinlik libasını tənqid edənlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi dəbdənkənar hesab olunan gəlinliyi haqda aqressiv münasibət bildirənlərə xəbərdarlıq edib:

“Mən sizə salam verəndə, cavab olaraq sadəcə salam verin. Hörmət əlaməti olaraq “şərh” bölməsini bağlamıram. Amma bu, o demək deyil ki, burda olan bəzi “dünya moda sənayesinin münsifləri” öz tənqidi fikirlərini bildirməyə başlamalıdır. Bilə-bilə ki, danışdıqları neqativ sözlər heç kimə maraqlı deyil. Sizi heç nə narahat eləməsin. Hər halda biz də az-çox bilirik, nə var, nə yox. Son zamanlar nədənsə sosial şəbəkələrdə aqressiv şərhlər yaman çoxalıb. Məncə, bu, heç kimə xeyir gətirməz. Mehriban, anlayışlı olaq, bir az dünyagörüşümüzü inkişaf etdirək. Öz həyatımızla məşğul olaq. Onda kimisə müzakirə etməyə vaxtımız qalmaz. Hamınıza gözəl həyat arzulayıram. O qədər gözəl olsun ki, başqasının həyatı yadınıza düşməsin. Sevin və sevilin...”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.