Suriyanın paytaxtı Dəməşq yaxınlığında yerləşən Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir.
“Şərqi Qutada kritik humanitar və sosial-iqtisadi vəziyyət yaranıb. Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin qeyri-qanuni hərbi birliklərə müqavimətin dayandırılması və silahları yerə qoymaq çağırışı nəticəsiz qalıb. Beləliklə, Şərqi Quta ətrafında münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlar prosesi pozulub”, məlumatda deyilir.