"Seçkilərdə partiyamızın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır".
APA-nın xəbərinə görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib. O, iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin artıq məlum olduğunu vurğulayıb.
Bir neçə gün əvvəl "Fənərbağça"-"Beşiktaş" futbol qarşılaşmasında baş verən hadisələrdən təəssüfləndiyini bildirən MHP sədri "oyunda tördilən təxribat türk millətinə edilmiş sayılır, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə keçmiş olsun", deyə - əlavə edib.
O, İYİ Partiyasının seçkidə iştirak edib-etməməsi ilə maraqlanmadıqlarını vurğulayıb.