https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Şenol Günəş polisə çağırıldı

Şenol Günəş polisə çağırıldı

“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş və futbolçular Tolga Zengin, Caner Erkin, Rikardo Kuarejma polis bölməsinə çağırılıblar.

Qol.az "NTV Spor"un saytına istinadən xəbər verir ki, onlar Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” ilə keçirilən oyunda baş verənlərə görə zərərçəkən şəxs kimi ifadə verəcəklər.

Xatırladaq ki, "Fənərbaxça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbaxça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib.

Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.