https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Qəbələdə stend atıcılığı üzrə beynəlxalq Qran-Pri yarışları olacaq

Qəbələdə stend atıcılığı üzrə beynəlxalq Qran-Pri yarışları olacaq

Mayın 7-dən 13-ə kimi Qəbələdə Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları keçiriləcək. 

“Qəbələ” Atıcılıq Klubunun Klubun mətbuat xidmətinin rəhbəri İlham Əhmədov APA-nın yerli bürosuna bildirib ki, klubun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək yarışlarda 8 ölkədən 100-ə yaxın idmançı, eləcə də rəsmi qonaqlar iştirak edəcək. 

“Qəbələ” Atıcılıq Klubunun idman bazası olan stend və ox atıcılığı kompleksində olacaq beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya oyunlarının qalibləri olacaq. Bir həftə davam edəcək mötəbər yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışın rəsmi açılış mərasimi mayın 8-də olacaq. Həmin gün mətbuat konfransı da olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.