|
|
|
|
Bu gün iş adamı, “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.
Axşam.az-ın məlumatına görə, Hafiz Məmmədovun oğlu Kənan “Nurgün Motors” şirkətinin prezidenti Nuru Əliyevin qızı ilə ailə həyatı qurur.
“Buta Palace”da baş tutacaq toy mərasimində dünyanın bir çox məşhur müğənniləri , o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.
Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur.