Bir gecə “Nəsimi dünyası”nda - Fotolar İyulun 5-də Beynəlxalq Muğam Mərkəzində böyük şairimiz, ustad İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş möhtəşəm “Nəsimi dünyası” adlı gecə keçirilib. 09.07.18
"Qəzənfər Paşayev. Biblioqrafiya" və Nəsiminin "İraq divanı" təqdim edildi Dünən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında professor Qəzənfər Paşayevin tərtibçisi olduğu "İmadəddin Nəsimi. İraq divanı"nın latın qrafikalı əlifba ilə nəşrinin və kitabxana tərəfindən hazırlanan "Qəzənfər Paşayev. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib. 05.07.18
Yaponiyada Azərbaycanın biznes mühiti diqqət mərkəzindədir - Foto Yaponiyanın cənubunda yerləşən Kaqoşima prefekturasının Amami adalarında Yaponiyanın 2000-dən çox biznes adamını özündə cəmləşdirən “Sərhədləri Ötənlər Klubu”nun (Cross Border Club) yaradılmasının 5 illiyinə həsr edilmiş seminar təşkil edilib. 05.07.18
Əlimərdan bəy Topçubaşovun kitablarının təqdimatı oldu - Fotolar Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli siyasi xadim Əlimərdan bəy Topçubaşovun "Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" və "Qafqaz Azərbaycanı nümayəndə heyətinin Sülh Konfransından tələbləri" kitablarının təqdimat mərasimi keçirilib. 04.07.18
UNEC-də "Açıq qapı" günü - Fotolar İyunun 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti "Açıq qapı" günü keçirilib. 03.07.18
“Marş İrəli” layihəsi davam edir - Fotolar Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir. 02.07.18
Bişkekdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu - Fotolar Azərbaycanın Qırğızıstandakı səfirliyi və Yusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin (QMU) birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans keçirilib. 28.06.18
Bakının baş meydanında hərbi parad - Fotolar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib. 26.06.18
Məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası təşkil edildi - Fotolar İyunun 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün ilk dəfə əmək yarmarkası keçirib. 22.06.18
Bolqarıstanda Azərbaycan mədəniyyəti gecəsi - Fotolar Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən qədim şəhərlərindən olan Sozopol şəhərində keçirilmiş “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
21.06.18
Şri-Lanka gözəlləməsi - Filli-pələngli Seylondan pürrəngi foto-reportaj Desəm, bəlkə də inanmayacaqsınız, amma düz sözümdü, inanın, təmiz ürəklə etiraf edirəm: indiyədək gəzdiyim şəhərlər içində, nə bilim, Paris, London, Nyu-York olsun, heç biri uşaq vaxtı Ağdamdan Bakıya elədiyim səfərlərin yerini verməyib! 11.06.18
BDU-da "Açıq qapı" günü - Fotolar Dünən Bakı Dövlət Universiteti (BDU) rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, APA-Holdinq MMC-nin prezidenti Vüsalə Mahir qızı, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü və valideynlərin iştirakı ilə 2017-2018-ci tədris ilinin yaz imtahan sessiyasında "Açıq qapı" günü keçirilib. 07.06.18
“Uşaqların sehirli qələmi”ndəki doğma cizgilər - Fotolar Bugünlərdə Türkiyənin İstanbul şəhərində səfərdə olan və bir sıra görüşlər keçirən Azərbaycan QHT təmsilçilərindən və media nümayəndələrindən ibarət heyət Böyükçəkməcə Bələdiyyəsində gerçəkləşən maraqlı bir mədəni tədbirdə iştirak edib. 04.06.18
Elçinin “Baş” romanının ərəbcə nəşri təqdim olundu - Fotolar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı Elçinin ərəb dilində nəşr edilən “Baş” romanının təqdimatı keçirilib. Tədbirdən öncə qonaqlar ədibin kitablarının yer aldığı sərgi ilə tanış olublar. 02.06.18
İstanbuldakı Bakı parkı abadlaşdırıldı - Foto Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətiylə İstanbulun Beşiktaş rayonunun Fulya səmtindəki Bakı parkının abadlaşdırma işlərindən sonra açılış mərasimi keçirilib. 31.05.18