Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, 3 saylı binada qeydə alınıb. Beşmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.