Bakıda baş verən qəza tıxac yaradıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Cavanşir körpüsündə yük maşınının aşması ilə əlaqədar paytaxtın Heydər Əliyev və Babək prospektlərində, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrində tıxac yaranıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Cavanşir körpüsündə qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdi “Shacman” markalı yük avtomobili aşıb. Qəza zamanı xəsarət alan olmayıb.