Bu gün Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin bir hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə vaxtı yüksək temperaturdan yaxınlıqda dayanmış "NİSSAN" markalı minik avtomobilinin sağ işıqlandırma sistemi və buferi əriyib.
Hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.