Bakı və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında zəif duman olacağı,axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində isə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam şimal-qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 8-də nisbətən sabit, mülayim hava şəraiti davam edəcək. 9-10-da isə şimal küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.