“28 May - Respublika Günü” münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş İdarəsində şəxsi heyətin xüsusi toplantısı keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev toplantıda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb.
Tədbirdə “28 May - Respublika Günü” münasibətilə 107 nəfər xidmət əməkdaşının mükafatlandırılması və 105 nəfərə xüsusi hərbi rütbələrin verilməsi barədə Mədət Quliyev tərəfindən imzalanmış əmr diqqətə çatdırılıb.