https://525.az/img/pics/medium/2024-05/313275_1xbkw8xwhw.jpg “525-ci qəzet”in 11 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/313273_t2uf7q9rvs.jpg Ön sıraya çıxdıq, Ustad!
https://525.az/img/pics/medium/2024-03/305226_0jeodo0ttw.jpg QOŞA HEYKƏL
https://525.az/img/pics/medium/2023-12/293418_she85iftg8.jpg Gözləmirdi əvəz yaxşılığından - Nəcməddin Mürvətovdan poetik nümunələr
search
10 May 2024

"Qarabağ"ın isveçli hücumçusu viza problemi ilə üzləşdi

"Qarabağ"ın isveçli hücumçusu viza problemi ilə üzləşdi

"Qarabağ"ın yeni transferi Samuel Armenteros Bakıya gəlmək üçün viza problemi ilə üzləşib.

525.az Qaynar.info-ya istinadən xəbər verir ki, kubaəsilli isveçli hücumçu bu gün artıq Bakıda olmalı idi. Ancaq onun viza ala bilməməsi səfərin təxirə düşməsinə səbəb olub.

Armenterosun artıq viza məsələsini bu gün həll edib sabah səhər Bakıya yola düşəcəyi gözlənilir. O, Hollandiyada oynadığı üçün bu ölkədə yaşayır və məhz ordan Bakıya gələcək. Bir sözlə, Samuel meneceri ilə birlikdə sabah axşam saatlarında ölkəmizdə olmalıdır.

Bundan sonra o, "Qarabağ"la 1+1 şərti ilə müqavilə bağlayacaq. Daha sonra "Anderlext"in sabiq hücumçusu qız dostu və uşağını da Bakıya gətirməyi düşünür.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.