Noyabrın 26-da Nardaran hadisələri zamanı həlak olmuş qəsəbə sakinlərinin meyitləri bu gün qaytarılacaq.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Trend-ə bildirib ki, hazırda meyitlər ekspertizadadır:
"Hazırda istintaq aparılır. Bu gün meyitlərin qaytarılacağı deyilib".
N.Kərimovun sözlərinə görə, məsələni şişirtməyə ehtiyac yoxdur:
"Heç kəs bizə meyitlərin qaytarılmayacağını deməyib".