Bu gün Şirvan şəhərində baş vermiş dəhşətli yol qəzasının bəzi məqamları aydın olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 13 yaşlı Elxan Abdulov atasına məxsus avtomobili icazəsi götürüb və yüksək sürətlə hərəkət edərkən ağır qəza törədib. Məlumata görə, yeniyetmənin atası şəhərdə sayılıb-seçilən iş adamlarındandır. Hadisə isə bu gün sübh çağı baş verib. Şirvan şəhər Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 07.00 radələrində qeydə alınıb. “Mercedes” markalı, 90 HD 826 dövlət nömrə nişanlı avtomobilin ağaca çırpılması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Abdulov Elxan Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 1997-ci i təvəllüdlü Məmmədov Cəbrayıl Vüqar oğlu açıq kəllə-beyin travması alaraq ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralını və meyiti avtomobildən FHN əməkdaşları çıxarıb.
Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.