https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Hakan Şükür və Rinat Dasayev Bakıda

Hakan Şükür və Rinat Dasayev Bakıda
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakıda keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək üçün dünyanın bir sıra məşhur veteran futbolçuları ilə danışıqlara başlanılıb. Bu haqda Lent.az-a Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, veteran futbolçular Almaniya, Hollandiya, Türkiyə və keçmiş SSRİ respublikalarından olacaq. Abdullayev bildirib ki, mümkün namizədlər Hollandiyadan Ronald de Bur, Türkiyədən Bülent Korkmaz və Hakan Şükür, Rusiyadan Rinat Dasayev, Vagiz Xidyatullin, Ukraynadan İqor Belanov, Leonid Buryak, Vitali Şevçenkodur. Onlarla danışıqlarda vasitəçiliyi AFFA edəcək. Almaniyalı veteranlarla isə danışıqları milli komandamızın baş məşqçisi Berti Foqts aparacaq. 
 
Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü mayın ilk günlərində baş tutacaq. Ardından veteranlarımız Özbəkistana səfər edəcəklər. Onlar Daşkənddə Özbəkistanın veteranları ilə qarşılaşacaqlar. Görüş ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə baş tutacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.