"Əlibaba" şirkətlər qrupu maşın satışı üçün çoxmərətəbəli avtomatların isehsalına başlayacaq.
525.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, "Əlibaba" internet şirkəti maşın satışını limonad satışı qədər asanlaşdırmağı planlaşdırır. Bunun üçün sözügedən şirkət ölkə ərazisində ilk olaraq maşın satışı üçün avtomatların istehsalına başlayacaq.
Avtomatlar cari ilin sonunda istifadəyə veriləcək.
“Bu istehsal avtomobillərin alınmasını qazlı içkilərin alışı qədər asanlaşdıracaq” - deyə, şirkətdən bildirilib.
ZEYNƏB