Çanaqqala 18 Mart
Universiteti, Türkiyə
Həyat; sonsuz sayıda seçənək çıxarır qarşımıza və yalnız“birini seçəcəksən”, çünki “addımını at da sana başqa seçənəklər göstərim” deyir .Eləmədiyimiz şeylərdən cavabdeh deyilik, ancaq etdiklərimiz daha sonra edəcəklərimizin öncüsü olduğu üçün cavabdehlik bizdədir. Hardasa oxumuşdum: “həyatda sadəcə bir defə seçəcə bilərsən, gerisi seçdiyinin son ucu olacaq! Məsələ iki ayağından birini seç, diyəlim, solu seçdin və onu qaldırdın, bundan sonra görəcəyin hər şeyi sağ ayağının üzərində duraraq görməlisən”.
Yuxarıdakı sətirlər gələcəkdə adını sıxca duyacağımıza ürəkdən inandığım bir dostuma, Ülvi İsmayıla aiddir. Yunus Əmrə “insanın mayası önəmlidir” deyir, xamırında nə varsa, özündə də o olur. Daha gənc yaşında bir filosof ədasıyla qələmə sarılmış Ülvi. Gənc bir mütəfəkkir olaraq hardasa adını əzbər bildiyimiz ünlü yazıçılara yaxınlaşan aforizmlərlə çıxır qarşımıza. Dediyimiz kimi ruhunda, mayasında olmalı düşüncəsi: böyük limandakı kiçik gəmi, nə incə zəka, nə gözəl təşbeh!
İstedad, gecə bütün işıqlar sönsə belə yenə bir ulduz ədasıyla parlar.
Böyük şairimiz Füzuli türkcə divanında “şeirə gənc yaşda başladığını, ancaq elmdən yoxsul şeirin təməlsiz divar olacağından şeirə ara verib elmi təhsil aldığını” söylər. Ülvi haqqında söz edərkən həm Füzulini yad etmək, həm də fikrimdə canlanan rəsmi sizə göstərmək istədim. Şeirə ilgisi gənc yaşlarda başlayan Ülvi sahib olduğu istedadı ustad Füzuli dədəmizin dediyi kimi elmi təhsil alaraq gəlişdirir. Eyni zamanda rəsm və musiqi sahəsində də istedada sahib olan bu gənc, Azərbaycanda yaşadığı zamanlarda orta məktəblə yanaşı, incəsənət sahəsində də təhsil almışdır. Sonra ali təhsil almaq üçün Türkiyəyə gələn Ülvi, İstanbul Kültür Universitetinin “Sanat-Tasarım” fakültəsinin “İletişim Tasarımı-Web ve Grafic bölümü”ndə təhsil almaqdadır.
Sənət, Mustafa Kamal Atatürkün deyimiylə, “bir millətin həyat damarıdır”, bu damar kiçik damarlara ayrılsa da, hamısı eyni kökdən bəsləyir-ürəkdən!
Ülvinin də eyni bu şəkildə sənətin ana damardan bəsləndiyi yazılarından görünür.
“Çox şişirtmirsənmi” deyəcək bəziləri, amma o qədər də deyil. Bir dostum söhbətində “gözəl şeylər şişirilməyi haqq edər” demişdi. Doğru sözə nə deyəsən, həqiqətən də gözəl şeylər şişrtməyi, təriflənməyi haqq edər. “Bir şeyin dəyərli olması üçün dəyərləndirən lazımdır” deyir Ülvi.
Ədəbiyyat fakültəsini bitirsəm də ədəbiyyata aşinalığım əzəldən başlamış. Bilgimə, ədəbi təcrübəmə və oxuduğum deyimlərinə dayanaraq deyə bilərəm ki, istedadlı bir gəncdir Ülvi. Gələcəyinin parlaq bir sənətkarı olacağına da ürəkdən inanıram.
Ülvi ilə hardasa bir ilə yaxındır tanışıq, internet əlaqələrimiz var. Ara-sıra mənə göndərdiyi deyimlərininin Vətəni Azərbaycanda da duyulmasını istədim. Vətənini canı qədər sevən bir gəncin, elə bilirəm, buna haqqı da çatır. İnanıram ki, gələcək illər mənim Ülvi haqqındakı sözlərimi haqlı çıxaracaq! Yaxın zamanda Ülvi İsmayıl istər Azərbaycanda, istərsə də türk dünyasında adı duyulan sənətkarlardan biri olacaq. Onu da demək istəyirəm ki,belə bir istedadlı gəncin yoluna uğur diləmək şərəfinə nail olduğum üçün özümü xoşbəxt sayıram. Ülvi İsmayıla aid aforizmləri sizə təqdim etməklə sözlərimə son vermək istəyirəm. Bir də siz dəyərləndirin! Bu siz, əziz oxucularım, bu da Ülvi İsmayılın aforizmləri!
Ülvi İsmayıl
Sevməyən insan özünü bədbəxt sanan xoşbəxt , sevən özünü xoşbəxt sanan bədbəxtdir.
lll
İnsan böyük limandakı kiçik gəmidir. İki yol var: ya irəli üzəcəksən, ya da limanda məhv olub gedəcəksən.
lll
İdeyanın sahibi olmur, reallaşdıranı olur.
lll
Sözün ömrü sonsuzdur deyirlər. Amma söz sonuncu insanla torpağa gedəcək.
lll
Bütün qəlblərə yol tapan musiqi ana laylasıdır.
lll
Keçmişimi dəyişmək olsaydı, gələcəyimi dəyişərdim.
lll
Yalan heç vaxt ondan qaça bilməyəcəyin doğrudur.
lll
İnsan şüurlu öyrənməyə proqramlaşdırılmış yarış cihazıdır.
lll
Səbəbsiz edilən bir şey də səbəbdir.
lll
Zaman xatirələrlə qidalanan parazitdir.
lll
Mənfinin özü də mənfiyə görə müsbətdir.
lll
Asan və çətin olan bir şey yoxdur, eyni ilə yaxşı və pis adam kimi.
lll
İnsan istənilən sevgiyə möhtacdı.
lll
İdeal insan, öyrənməyə can atdığı qədər öyrədəndi.
lll
Həyat yox, insan mürəkkəbdir.
lll
Bir şeyin dəyərli olması üçün dəyərləndirən lazımdır.
lll
Heç bir şey dəyişmir, səbəblərimizdən başqa. Dəyişən hər şey səbəbin yaratdığı dəyişiləcəklərdi.
lll
Tarixi yazanlar tarix yazacaq...
lll
Əslində istifadəsini bildiyin hər şey ölüm alətidir!
lll
Görmədiyin gözəllik gözəllik deyil.
lll
Ən böyük düşmənin zamandı.
lll
Bəzən səbəblər insanı dəyişir, bəzən insan səbəbləri...
lll
Həyat necə də qəribədir; zamanın tez keçməyini istəyirsən tez keçmək bilmir, keçməsini istəmədiyin zaman sürətindən başını itirirsən...
lll
İnsan üçün ən dəyərli şey onun hissləridir. Hissi olmayan insan üçün dəyərli bir şey yoxdur.
lll
Keçmişi unudulanın bir gün gələcəyi də keçmiş olub unudular.
lll
Məndən ağıllının qulu və düşməniyəm.
lll
Ölümsüzlüyün çarəsi var, amma zamanın yox.
lll
Düşmən sənin özünü gəlişdirməyin üçün bir şansdır.
lll
Bəzi insanlar dünyaya yanlış olaraq gəlirlər, bəziləri yanlışları düzəltmək üçün..
lll
Hansı daha güclüdür: xəyal gücümü, yoxsa xəyal olmayan gücmü..