Yusif üzlü kitablar Biz tanış olanda 12 yaşımız vardı. Sinfimizə 1980-ci ilin payız tətilindən sonra gəlmişdi. İndi adama elə uzaq görünür ki 1980-ci il. Elə bil 38 yox, 3800 il keçib. İnsanın xəyal ölçülərində min il nədi ki... Bu gün kimi xatırlayıram indi Yer üzündən silinmiş o şəhəri, uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi. Xatirələrin ən duru yerində qalan 12 yaşlı Yusifi. 13.01.18
Ağrılı illərin xoş təəssüratları Yusif Həsənbəy istedadlı olduğu qədər də təcrübəli qələm sahibidir. Və ədəbiyyat qarşısında, heç şübhəsiz, özünəməxsus xidmətləri vardır. Yaradıcılığa şeirlə başlayıb, ilk növbədə, şair kimi məşhurlaşsa da, pyesləri tamaşaya qoyulmuş, nəsr əsərləri nəşr edilmişdir.
12.01.18
Dünyanın ən böyük kəşfi - məhəbbət Tahir İsmayılovun 2017-ci ilin sonlarında çapdan çıxmış "Esse və şeirlər" toplusunun təqdimat tədbirində üzürlü səbəbə görə iştirak edə bilmədiyimə heyfisləndim. 11.01.18
"Miqrasiya böhranını aradan qaldırmadan təhlükəsizlikdən danışmaq yersizdir" "Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti olan miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub". 10.01.18
Cümhuriyyət qurucuları - Azərbaycan Cümhuriyyəti - 100 Xosrov bəy Sultanov Qarabağda hadisələrin təhlükəli inkişafı ilə bağlı partizan dəstələrinin yaradılması elanı haqqında Parlamentin sədri M.Y.Cəfərova belə bir teleqram vurmuşdu: "Ermənilər bu gün Xankəndinə hücum etdilər. 09.01.18
Sosialist realizmindən milli istiqlaladək Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə başlamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları tədricən sosializm ideyaları əvəz etmişdir. 08.01.18
Üzeyir filmi - Pərvinin təqdimatında Kino yarandığı gündən populyarlıq etibariylə, insanlara təsir etmək baxımından başqa incəsənət növlərini kölgədə qoydu.
05.01.18
Tağı Əhmədovun "Sadiq" dünyası Hər bir insan bu dünyaya yalnız yaşamağa yox, həm də özünün təkrarsız olduğunu göstərməyə, hansısa ilahi bir inersiyasının qüdrəti ilə həyata sədaqətini təsdiq eləməyə, bu və ya digər səviyyədə dünyada (tarixdə!) əbədi qalmağa gəlir. Doğrudur, Tarixin yaddaşı ən müasir kompüterin yaddaşından müqayisə olunmayacaq qədər güclüdür, ancaq orada da tünlükdür... 05.01.18
Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı - Xalq yazıçısı Elçin yazır Qış qurtardı, yaz gəldi və Ana Tut Ağacı da yuxudan oyandı, sərin sudan içə-içə, günəşin altında qızına-qızına tumurcuqlamağa başladı və o tumurcuqlardan da biri boy ataraq sütül bir budaq oldu, sonra o sütül budaq da yarpaqlayaraq, gözgörəti böyüməyə başladı. 01.01.18
Xətainin divanı Türkiyədə nəşr olundu Türkiyənin "Əlyazma Əsərlər Qurumu Başqanlığının nəşrləri" seriyasından böyük Azərbaycan şairi Şah İsmayıl Xətainin divanı işıq üzü görüb. 28.12.17
Vətən sevgisi - "Vətən" Cəmiyyəti 1986-cı ildən SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Azərbaycan üzərində müstəqillik mehini yenidən əsdirdi.
27.12.17
Beynəlxalq Dədə Qorqud teatr əsərləri müsabiqəsinə yekun vuruldu Dekabrın 19-da Ankarada TÜRKSOY-un baş qərargahında II Beynəlxalq Dədə Qorqud teatr əsərləri müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Türk Dünyası Vəqfinin birgə əməkdaşlığı ilə baş tutub. 23.12.17
Gənc yazar Orhan Pamukla görüşdü - ANONS "525-ci qəzet"in yazarı Ramil Əhməd magistr təhsili aldığı Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti nəzdində "Əhməd Hamdi Tanpınar Ədəbiyyat Araşdırmaları və Tədqiqat Mərkəzi"nin açılış mərasimi zamanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Orhan Pamukla görüşüb.
22.12.17
Ana dilimiz və onu yaşadanlar haqqında dəyərli kitab Qədim tarixi keçmişimizi, zəngin mənəvi aləmimizi özündə yaşadan, dünya dilləri sırasında özünəməxsus yeri olan Azərbaycan dili xalqımızın varlığı, özünütəsdiqi və ən böyük milli sərvətidir. 21.12.17
Heykəlin şeiriyyəti Bütün zamanların ən böyük heykəltəraşlarından olan Oqüst Roden bu peşənin gənc nümayəndələrinə müraciətlə vəsiyyət edirdi: 17.12.17
"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Humanitar Elmlər Bölməsi, İctimai Elmlər Bölməsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş "Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans olub. 15.12.17
Məhəmməd Əmin Rəsulzadə Mittenvald düşərgəsindən Türkiyəyə necə döndü Məhəmməd Əmin Rəsulzadə yaşadığı və "Odlu Yurt" dərgisini çıxarmaqda olduğu Türkiyədən 1930-cu ildə Polşa və Fransada görüşmələr aparmaq üçün ayrılıb, Türkiyə-Sovet əlaqələrindəki yeni gəlişmələr nəticəsində pasport almaq məsələsində sıxıntılar yaranıb və oraya qayıda bilməyib. 14.12.17
Qarabağda görüşənədək... Bu sözlər hardasa bir yazı sərlövhəsi deyil. Bu sözlər hər bir azərbaycanlının bir az kədər, bir az ümid, bir az inam hissilə dilə gətirdiyi, qarabağlıların and yeri kimi səslənən müqəddəs kəlmələrdir. 13.12.17
Mehriban Zəki: "Heydər Əliyevin adımı fəxri adlar siyahısına əlavə etməsi mənim üçün çox böyük stimul idi" Heydər Əliyev: "Azərbaycan Respublikasında "Manas"ın sözləri, fikirləri geniş yayılıbdır. Azərbaycan şairləri, ədibləri, musiqiçiləri "Manas"ı daim oxuyur, təbliğ edir, geniş yayırlar. Bizim şairlərimiz "Manas"ı Azərbaycan dilinə tərcümə ediblər. Sənətçilərimiz "Manas"ın sözlərini çox böyük məharətlə və həvəslə oxuyurlar, sazda çalırlar. Bu gün burada, ölkəmizdən gəlmiş nümayəndə heyətinin üzvləri arasında Azərbaycanın gözəl sənətçisi, "Manas"çı Mehriban xanım "Manas"ın Azərbaycanda nə qədər sevildiyini və yayıldığını nümayiş etdirəcəkdir".
11.12.17
Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək Azərbaycan ədəbiyyatı tarixinin bu vaxta qədərki dövrləşdirməsində orta əsrlər Azərbaycan ədəbiyyatı dedikdə əsasən XIII-XVIII əsrlərdə yaranan ədəbiyyat nəzərdə tutulmuşdur. 11.12.17
Yoxluqdan varlığa - Xalq yazıçısı Anar yazır İlk həyəcan təbilini dayım qızı, ürək həkimi Elnarə Rəfibəyli çaldı. Hələ bir neçə ay bundan əvvəl ailə üzvlərimin təkidiylə ürəyimin exoqrammasını edəndə: - Ürəyin sağlamdır, amma müəyyən problemlər var, ciddi müalicə olunmalısan - demişdi. 09.12.17