|
|
|
|
"525-ci qəzet"in yazarı Ramil Əhməd magistr təhsili aldığı Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti nəzdində "Əhməd Hamdi Tanpınar Ədəbiyyat Araşdırmaları və Tədqiqat Mərkəzi"nin açılış mərasimi zamanı ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Orhan Pamukla görüşüb.
Gənc qələm sahibinin görüşlə bağlı təəssüratlarını, Orhan Pamukla nələrdən danışdıqlarını "525-ci qəzet"in bu şənbə sayında oxuya biləcəksiniz.
- Orhan Pamuk necə oldu ki, azərbaycanlı yazarla "selfie" çəkdi;
- Nobel laureatı kitablarının Azərbaycan dilinə tərcüməsi barədə hansı fikirləri dedi?
- Ramil Əhmədin Orhan Pamuka qoyduğu şərt;
- Orhan Pamuk Ramil Əhmədə müsahibə verəcək.