Dünən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Social Innovation Lab" İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "İdeyadan biznesə" layihəsi çərçivəsində seminar keçirilib.
Nazirlikdən verilən məlumata görə, Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin təmsilçisi, spiker Riçard Rasmussenin keçirdiyi seminar "Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?" mövzusuna həsr olunub.
Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər müzakirə edilib.
Bundan başqa, R.Rasmussenin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yerli inkubatorların iştirakıyla bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaqlar. Qeyd edək ki, R.Rasmussen dünyanın ən böyük biznes ideya yarışması olan "Climate Launchpad"ın beynəlxalq hakimlərindən biridir.
C.ABASOV