|
|
|
|
Türkiyədən ABŞ-a gedəcək rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini, səfir Sedat Önal başçılıq edəcək.
“Report” DHA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Türkiyə Ədliyyə, Maliyyə və Xarici İşlər nazirliklərinin nümayəndələri də olacaq.
Səfərin iki gündən sonra reallaşacağı gözlənilir.
Nümayəndə heyətinin iki ölkə arasında gərginliyin yaranmasına səbəb olmuş məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, ABŞ-ın Maliyyə Nazirliyinin Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamit Gülə qarşı sanksiya tətbiq etdikdən sonra rəsmi Ankaranın Vaşinqtona gedən ilk nümayəndə heyətidir.