https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
https://525.az/img/pics/medium/2026-06/395810_agh9phxj2m.jpg "Bunu sərt qərar kimi qəbul etmək olmaz" - Təhsil eksperti
search
2 İyul 2026
1 İyul 2026

"Qarabağ" "Kəpəz"in futbolçularına maaş verir

"Qarabağ" "Kəpəz"in futbolçularına maaş verir

“Qarabağ” hazırda icarə qaydasında “Kəpəz”də oynayan iki futbolçusu Bəxtiyar Soltanov və Emin İmaməliyevin onlara qarşı dünən keçirilən Premyer Liqanın səkkizinci turunda oynamasına icazə verməməsinə münasibət açıqlayıb.

Klubun direktoru Əmrah Çəlikəl Qol.Az saytının müxbiri ilə söhbətində deyib ki, bununla bağlı qərar “Qarabağ”ın rəhbərliyinə məxsusdur.

“Bu, hər iki klub arasında imzalanan müqavilədə də əksini tapıb. Biz Bəxtiyarla Emini “Kəpəz”ə təmənnasız olaraq icarəyə vermişik. Onlar bu günə qədər də maaşlarını bizdən alır. Çünki hər iki futbolçu müqavilə ilə “Qarabağ”a məxsusdur” – deyə Əmrah Çəlikəl bildirib.

O qeyd edib ki, belə hallara dünya təcrübəsində də rast gəlinir. Klub rəsmisinin sözlərinə görə, “Kəpəz” rəhbərliyi də “Qarabağ”ın son addımına hörmətlə yanaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.