|
|
|
|
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monakonun Xarici İşlər və Əməkdaşlıq Naziri Gilles Tonelli ilə görüşüb.
XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.