İran kosmosa 3 peyk buraxmağa hazırlaşır.
Trend-in məlumatına görə, bu barədə İran Kosmik Agentliyinin rəhbəri Mürtəza Barari deyib.
M.Barari bildirib ki, “Əmir Kəbirin məktubu”, “Dostluq” və “Nahid-1” peyklərinin istehsalı başa çatıb və bu peyklər buraxılışa hazırdır.
Onun sözlərinə görə, həmin peyklər bu il ərzində kosmosa buraxıla bilər.