"Adam" filmi XI.İstanbul Uluslararası Mimarlık ve Kent Filmleri Festivalında 90 ölkədən 913 film arasında Sənədli Film nominasiyasında qalib olub.
Bu barədə Zen Filmdən verilən məlumata görə, film Xəzər dəniz akvatoriyasında yerləşən Kürdili adasında illərdir tək yaşayan Vitali Pronindən bəhs edir. 1981-ci ildə təbii fəlakət nəticəsində Kürdili yarımadası adaya çevrilmiş və sakinlər evuakasiya edilmişdi.
Filmin prodüserləri Qan Turalı (Zen Film), Ali Aras (Alfeka), quruluşçu rejissoru Emil Əli, icraçı prodüseri Fuad Cəfərov, məsləhətçiləri Gümrah Ömər və Amid Qasımovdur.
Filmin digər beynəlxalq festivallarda nümayiş etdirilməsi də nəzərdə tutulub. Belə ki, ekran əsəri artıq bir neçə festivalın final mərhələsinə vəsiqə qazanıb.
ŞAHANƏ