"Son zamanlar Azərbaycan-Rusiya strateji tərədaşlığının inkişafı keyfiyyətcə yeni səviyyəyə çatıb".
Bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.
O deyib ki, prezident Vladimir Putinin ölkə başçısı İlham Əliyevə göndərdiyi doğum günü münasibətilə təbrik məktubunda bunu aydın görmək olar: "2018-ci il Azərbaycanla Rusiya arasında əməkdaşlığın daha da dərinləşməsi dövrü kimi yadda qaldı. Bunu Vladimir Putin göndərdiyi təbrik məktubunda da vuğulayaraq 2018-ci ili Azərbaycan-Rusiya münasibətlərində məhsuldar il kimi qeyd edib. Və bu, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində ikitərəfli əlaqələri daha yüksək səviyyəyə qaldırıb".
Deputat xatırladıb ki, bu il Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı əməkdaşlıq haqqında 16 ikitərəfli razılaşma imzalanıb: "Bu sənədlər şübhəsiz ki, strateji xarakter daşıyır və əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaq. Belə ki, bu sənədlərin hər biri müəyyən bir sahədə münasibətlərin möhkəmləndirilməsinə yönəldilmiş yol xəritəsini təmsil edir".
Parlamentari vurğulayıb ki, prezident Vladimir Putinin də Azərbaycana səfəri Bakı ilə Moskvanın beynəlxalq siyasətin fundamental məsələləri üzrə, eləcə də ölkərimizin strateji məsələlər üzrə dəstəyində vahid mövqeni nümayiş etdirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Rusiyanın fəallığı da diqqətdən kənar qalmır. Son zamanlar bu aktivlik daha da aydın nəzərə çarpır".
Azərbaycan-Rusiya münasibətlərinin sürətli inkişafı daha çox Rusiya-Ermənistan münasibətlərinin zəifləməsi fonunda daha aydın görünür: "Baxmayaraq ki, Rusiya ilə Ermənistan strateji müttəfiqdir, hazırda bu münasibətlərdə dərin çatların şahidi oluruq".
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev apardığı müstəqil siyasətə Moskvanın daha çox əhəmiyyət verməsi ön plana çıxır: "Burada Azərbaycanın hər hansı siyasi və hərbi avantüralara müdaxilə etməməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətdə yalnız Azərbaycan dövləti və xalqının maraqlarına xidmət etməsi aydın görünür".
Beləliklə, Azərbaycanın paytaxtı dünya diplomatiyası paytaxtına çevrilir: "Əgər əvvəllər görüşlərin keçirilməsi üçün Stokholm, Brüssel və ya digər Avropa şəhərləri nəzərdə tutulurdusa, indi isə bu cür görüşlərin təşkili üçün dünya mərkəzləri Bakıya toplaşır. Burada vacib məqam da var: tərəflərin görüş yerinin seçilməsi zamanı hansısa tərəfin neytrallığına baxılır. Azərbaycan gəlincə, neytrallıqdan da vacib faktor var".
Deputat deyib ki, Vladimir Putinin məktubu həmçinin, dünyanın nüfuzlu liderlərindən biri kimi Azərbaycanın dövlət başçısına dərin hörmətin bariz nümunəsidir: "Bu, məhz Prezident İlham Əliyevin formallaşdırdığı dünyanın güclü ölkələrindən birinin qüdrətli Azərbaycana verdiyi yüksək qiymətdir".
PƏRVANƏ