|
|
|
|
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri 15 450 149,7 min manat, xərcləri isə 11 595 238,4 min manat məbləğində təsdiq edilsin.
Müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
“2019-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilir.
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilir.