Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Neftçala rayonunda keçirəcəyi vətəndaş qəbulu fevralın 8-nə təyin olunub.
Nazirlikdən verilən məlumata görə, qəbulda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri iştirak edəcək.
Qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) müraciətləri cavablandırılacaq.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
CEYHUN