Ümumi təhsil müəssisələrinin ibtidai sinif və fənn müəllimləri üçün yekun qiymətləndirmə keçirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş imtahanlarda 2018-ci ilin noyabr-dekabr aylarında paytaxt üzrə ibtidai sinif və fənn müəllimləri üçün keçirilən ixtisasartırma təlimlərini başa vuran 1 387 müəllimin iştirakı nəzərdə tutulur.
İmtahanda iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları təqdim olunacaq.