Avropa İttifaqı orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilənin saxlanılmasına hələ də inanır.
Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "ABŞ və Rusiya müqavilənin saxlanması üçün konstruktiv dialoqda qalmadırlar. Biz Aİ-də hələ də onun saxlana biləcəyinə inanırıq".
Qedy edilir ki, Aİ orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqaviləni köhnəlmiş saymır və ABŞ və Rusiyanı strateji sabitlik məsələləri üzrə razılığa gəlməyə çağırır.
Xatırladaq ki,ötən il oktyabrın 20-si ABŞ prezidenti Donald Tramp Rusiya ilə orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın bu müqavilədən çıxmasına səbəb Rusiyanın müqavilənin şərtlərini pozmasıdır.
Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.