|
|
|
|
Türkiyənin Samsun şəhərində, On Doqquz May Universitetində “Xocalı Şəhidləri” abidəsi və parkının açılış mərasimi keçirilib.
Tədbir barədə “525”ə məlumat verən professor bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndidəki nəzarətsiz qalmış 366-cı sovet motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin birbaşa iştirakı ilə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, dinc əhaliyə divan tutması tariximizin qanla yazılan səhifələrindən biridir:
“Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir vaxtda qardaş ölkədə faciələrimizə də sayğılı münasibət daim diqqət mərkəzində olub. Universitetdə çalışdığım illər ərzində Xocalı şəhidlərinin yad edilməsi üçün Samsunda belə bir layihənin həyata keçirilməsi məni coxdan düşündürürdü. Hətta bu barədə Samsunda, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində belə bir layihənin həyata vəsiqə alması üçün müzakirə aparılmış, tədbirlər planı hazırlanmışdı. Nəhayət, təklifimizin On doqquz May Universitetinin rəhbərliyi tərəfdən rəğbətlə qarşılanması, park salınması və burada Xocalı şəhidlərinə abidə qoyulması üçün universitet rəhbərliyinin təklifimizi diqqətlə qarşılaması və müvafiq yer ayırması bizi çox sevindirdi. Fevralın 26-da Xocalı şəhidlərinin anım günündə parkın və abidənin təntənəli açılış mərasimini keçirdik, parkda yeni ağaclar əkdik. Sonra mərasim universitetin konfrans zalında davam etdirildi”.
Qeyd edək ki, tədbirdə On Doqquz May Universitetinin rektoru, professor Mehmet Əli Çingiz, Azərbaycanın Ankaradakı səfirinin təhsil müşaviri Nəcibə Nəsibova, Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun əməkdaşı, həmyerlimiz Vəfa Qurban, universitetin professor-müəllim heyəti, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin üzvüləri iştirak ediblər.
CEYHUN