İndoneziya hökuməti 2020-ci ilin yanvarından Komodo adasını turistlər üçün bağlayacaq.
Trend-in məlumatına görə, qərar ətraf mühitin mühafizəsi, xüsusilə də Komodo əjdahalarının saylarının artırılması ilə bağlıdır.
Qeyd olunur ki, bir müddət əvvəl bölgə rəhbərliyi 41 Komodo əjdahasını qanunsuz olaraq aparmağa çalışan qaçaqmalçıları saxlamışdı.
Komodo adasının qeyri-müəyyən müddətə bağlanacağı deyilir.
Komodo adası 1986-cı ildən YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.