Marşal Xəlifə Xəftarın Liviya milli ordusu Tripoli hava limanını nəzarəti altına alıb.
ONA “RİA Novosti”-yə istinadən xəbər verir ki, hava limanı ətrafında döyüşlər gedir.
Liviya milli ordusunun rəsmi nümayəndəsi Əhməd əl-Mismarinın sözlərinə görə, hərbi birləşmələr paytaxta bir neçə istiqamətdən hücum edir, lakin şəhərin içinə hələ daxil olmağa müvəffəq olmayıb.
Aprelin 4-də marşal Xəftar Tripolinı terrorçulardan təmizləmək üçün ora hücuma keçməyə əmr edib.