Bakı Metropoliteninin QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.
QSC-dən ONA-ya verilən məlumata görə, hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub.
Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb.