|
|
|
|
“Prezident İlham Əliyev sosial ədalət prinsiplərinə söykənən siyasət yürüdür”.
Bunu “525”ə Milli Məclis Aparatının eksperti Zaur Adıgözəlov Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqından azad edilməsi barədə imzaladığı sərəncama münasibət bildirərkən deyib.
O bildirib ki, sərəncam 2500 nəfər əlilliyi olan şəxslərə şamil olanacaq:
“Hazırda məcburi köçkünlər, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyin və Konstitusiya quruluşun müdafiəsi zamanı əlil olmuş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və məhkəmə tərəfindən ölmüş elan edilmiş vətəndaşların uşaqları da təhsil haqqı xərclərindən azaddır. Həmçinin, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər bu kateqoriyaya aid edilir”.