Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlama verərkən CNN telekanalının müxbiri ona gözləmədiyi sualla müraciət edib.
ONA “RİA Novosti”-yə istinadən bildirir ki, müxbirin “ABŞ Venesuelaya müdaxilə edərsə, Rusiyanın bunu dayandırmaq üçün hansısa imkanları varmı? sualına rusiyalı diplomat sərt cavab verib.
Lavrov özünəməxsus tərzdə qısa xatırlatma edib:
“Əksər insanlar CNN-i feyk xəbər yayan kanal kimi xarakterizə edir. Siz də durub mənə “feyk sual”lar veririsiniz. Prezident Tramp da dəfələrlə CNN-i saxta xəbərlər yaymaqda günahlandırıb”.
Nazir əlavə edib ki, Rusiya beynəlxalq qaydalara zidd olan hərbi əməliyyatların keçirilməsini qətiliklə qəbul etmir və bunun əleyhinədir:
“Hərbi qüvvələrin hərəkətə gətirilməsinə yalnız BMT Təhlükəsizlik Şurası icazə verə bilər”.