https://525.az/img/pics/medium/2026-07/398288_fv0wio94yc.jpg Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
https://525.az/img/pics/medium/2026-07/398286_e6kflvnm3u.jpg Azərbaycan-Almaniya əlaqələrində yeni strateji dövr
https://525.az/img/pics/medium/2026-07/398166_bdmsf7xtk5.jpg Jurnalist kimdir?
https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
search
23 İyul 2026

FİFA Türkiyə millisinin işini çətinə saldı

FİFA Türkiyə millisinin işini çətinə saldı

FİFA "DÇ-2014"ün seçmə mərhələsinin "pley-off" oyunları ilə bağlı qərarını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, qərara əsasən seçmə mərhələni ikinci pillədə başa vuracaq yığma komandalar FİFA reytinqinə uyğun olaraq iki qrupa ayrılacaq.

Reytinqdə yüksək pillələrdə olan komandalar bir səbətdə, aşağı reytinqi olan yığmalar isə digər səbətdə qərarlaşacaq. Bu isə nisbətən zəif komandaları "pley-off"da güclü millilərlə üz-üzə qoyacaq. "Pley-off" mərhələsini uğurla adlayacaq yüksək reytinqli yığmaların püşk zamanı I səbətdə yer almaq şansı da olacaq.

Dünya çempionatının final mərhələsinə getmək şanslarını saxlayan Türkiyə millisi "pley-off"a vəsiqə qazanacağı təqdirdə Portuqaliya/Rusiya, Fransa, İngiltərə, İsveç və İsveçrə kimi güclü yığmalarla qarşılaşacaq. Bu isə "ay-ulduz"lu komandanın işini çətinə salacaq.

Qeyd edək ki, pley-off oyunları 15-19 noyabr tarixlərində keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.