|
|
|
|
“Gürcüstan Patriarxlığı Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası üzrə aparılan işləri diqqətlə izləyir”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red.) Giorgi Zviadadzebildirib.
Onun sözlərinə görə, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyi olduqca qaneedici informasiyalar yayır: “Mən hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat verə bilmərəm. Belə ki, məsələyə birbaşa cəlb olunmamışam”.
G.Zviadadze qeyd edib ki, Gürcüstan Patriarxlığının Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı bəyanat verəcəyi nəzərdə tutulub.