“İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığına uyğun olaraq bir qrup azərbaycanlı gənc Trabzonda mübadilə proqramında iştirak edib.
“İrəli”dən verilən məlumata görə, layihə çəçrivəsində insan hüquqları və qərəzli mühakimə mövzularında seminarlar, müzakirələr təşkil edilib. Proqram iştirakçıları mübahisəli mövzuların qeyri-formal öyrənilməsi, müzakirə qruplarının təşkil edilməsi və fikri yaradıcı şəkildə ifadəetmə bacarığını formalaşdırma üzərində çalışıblar.
Gənclər qərəzli mühakimələrinin mənfi tərəflərini öyrənib, bu zərərli xüsusiyyətin aradan qaldırılmasına dair “workshop” hazırlayıb, komandada işləmə bacarıqlarını təkmilləşdiriblər.
Bundan başqa, layihə çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyət gecəsində“İrəli” fəalları milli rəqslərimizi göstərib, əcnəbi gəncləri milli mətbəximizin ləziz təamlarına qonaq edib, onlara tariximizi əks etdirən suvenirlər veriblər. Eyni zamanda, iştirakçılara Azərbaycan həqiqətləri haqqında məlumatlar təqdim olunub.