"Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi "Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi" layihəsi çərçivəsində faydalı mzakirələr təşkil edir.
Bu xüsusda, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin iştirakı ilə gənclərlə görüş keçirilib.
Layihənin rəhbəri Məleykə Əlizadə görüşlərin məqsədi haqqında məlumat verib, bu mövzunun aktuallığından və vəkillərin iştirakı ilə keçirilən müzakirələrin vacibliyindən danışıb, həmçinin, ailə zorakılığına qarşı mübarizədə ictimai vəkillərə ehtiyac duyulduğunu bildirib.
Görüşdə Gəncə şəhər 1 saylı Vəkillər bürosunun müdiri Camal Əliyev iştirakçılara Vəkillik İnstitutunda aparılan islahatlardan, əhalinin az təminatlı hissəsinə pulsuz hüquqi yardım göstərilməsi barədə məlumat vermib, gəncləri maraqlandıran sualları cavablandırıb. Çıxış edən hüquqşünaslar sözügedən sahədə real vəziyyətdən danışıblar, həmçinin, vəkilliyini etdikləri hadisələr haqqında maraqlı təhlillər apararaq, gənclərə hüquqlarını öyrənməyi və ətrafda baş verən hadisələrə biganə qalmamağı tövsiyə ediblər.
Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov gənclərə Ailə qanunvericiliyi, Ailə Məcəlləsinə edilən dəyişikliklər haqda məlumat verib, bu yöndə QHT-lə birlikdə aparılan maarifləndirici tədbirlərin faydasına toxunub, haqqında da məlumat verib.
Tədbirdə həmçinin, ekspertlər gender əsaslı zorakılığın növlərindən, bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından söz açıb, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacibliyini vurğulayıblar.
Zakir MURADOV
Gəncə