Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, sərəncamla Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Əlizadə Oqtay Mahmud oğlu
Rzayev Nazim İsrafil oğlu.
Prezidentin digər sərəncamı ilə Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək:
Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.