https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/313614_7tjab5irx3.jpeg Azərbaycan sənətşünaslığında silinməz imza
https://525.az/img/pics/medium/2024-05/313610_322x7elgut.jpg “525-ci qəzet”in 14 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/294591_qrwivaigrh.jpg Ölümsüzlük və ölümdən sonrakı həyat - Türkan Turan yazır
search
14 May 2024
13 May 2024

"Belə epizodlarından istifadə edə bilmiriksə, deməli, fikir başqa yerdədir" - Qurban Qurbanov

"Belə epizodlarından istifadə edə bilmiriksə, deməli, fikir başqa yerdədir" - Qurban Qurbanov

"Sumqayıt"ı təbrik edirəm. Burada çox xoş təəssüratlar oldu. Bu cür gözəl şəhərin əla stadionu, yaxşı azarkeşləri var. Bu gün də Sumqayıt üçün yaxşı futbol ab-havası, əsl bayram oldu".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 32-ci turunda bu gün səfərdə "Sumqayıt"a uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

O, 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Pis oynamadıq. 90 dəqiqə ərzində sadəcə bir neçə dəfə əks-hücumlarda rəqib bizi tutdu. Bundan da yaxşı istifafə etdilər. Oyunda topa daha çox sahib olmaq, meydanda düzgün yerləşmək bizim üçün vacib idi. Bunu bacardıq. Sadəcə bu gün uğur "Sumqayıt"ın tərəfində idi. Yaxşı qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Bu cür stadionda belə oyunların keçirilməsini çox istəyərdik. Futbolçular bu cür ab-havada, belə stadionda daha həvəsli, istəkli olurlar. Azarkeşlər üçün maraqlı oyun oldu".

Q.Qurbanov qeyd edib ki, mövsümün sonu yaxınlaşdıqca futbolçularında motivasiya azalır: "Belə oyunlar olur. Ola bilər ki, futbolçularda mövsümün sonuna yaxın məsuliyyət və konsentrasiya aşağıdır. Görünür ki, aşağıdır. Danışırıq və çalışırıq ki, belə olmasın. Bu cür qol epizodlarından istifadə edə bilmiriksə, soyuqqanlı ola bilmiriksə, deməli, oyuna yaxşı hazırlaşmamışıq, fikir başqa yerdədir. "Sumqayıt" çox istəkli görünürdü. Əslində haqları idi. Həm futbolçular, həm də azarkeşlər çox istəkli oldular".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.